Azərbaycanda futbola tətbiq olunmuş qadağa götürülmədibackend

Azərbaycanda futbola tətbiq olunmuş qadağa götürülmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kütləvi tədbirlərlə bağlı qərar qüvvədə qalır”.

TİA.AZ xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı Azərbaycan Premyer Liqasının bərpasına münasibət bildirərkən deyib.

“Bu sahədə açılım yoxdur. Növbəti mərhələdə necə olacağı vəziyyətdən asılıdır”, – deyə İ.Məmmədov əlavə edib.

Bu gün karantin müddəti mayın 31-dək uzadılıb.

Qeyd edək ki, Peşəkar Futbol Liqası mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. UEFA bütün milli federasiyalara daxili çempionatlarını bitirmək üçün mayın 25-dək vaxt verib.