Azərbaycanda eyni klubda ən çox meydana çıxan futbolçu kimdir?backend

Azərbaycanda eyni klubda ən çox meydana çıxan futbolçu kimdir?

Azərbaycan çempionatlarında eyni klubda ən çox oyun keçirən futbolçu müəyyənləşib.

“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istianən xəbər verir ki, bu, “Qarabağ”ın və Azərbaycan millisinin futbolçusu Maksim Medvedevdir.

31 yaşlı müdafiəçi “Qarabağ”ın heyətində 285 dəfə Premyer Liqa matçına çıxıb. Onun sabiq komanda yoldaşı Aslan Kərimov Ağdam təmsilçisində 268 görüşdə iştirak edib. İlk “üçlüy”ü “Xəzər Lənkəran”da 254 oyunda forma geyinən Rahid Əmirquliyev qapayır. Lakin Maksimdən fərqli onun hər iki izləyicisi ayrı-ayrı illərdə digər klublarda da oynamağa imkan tapıb.

Bir komandada ən çox oyun keçirən 10 futbolçunun siyahısında “Qarabağ”ın futbolçuları çoxluq təşkil edir. Ağdamlıların 6 oyunçusu bu siyahıya düşüb. “Turan”da iki, “Viləş”lə “Xəzər Lənkəran”da bir futbolçu fərqlənib.

İlk “onluq”da yeganə legioner Ansi Aqollidir. “Qarabağ”ın albaniyalı müdafiəçisinin aktivində 223 matç var.

Qeyd edək ki, ilk 10 sırada yer alanlardan yalnız Maksim Medvedev indi də eyni komandanın şərəfini qoruduğundan nəticəsini daha da artıra bilər.

1 Maksim Medvedev Qarabağ 285
2 Aslan Kərimov Qarabağ 268
3 Rahid Əmirquliyev Xəzər Lənkəran 254
4 Sakit Alıyev Turan 248
5 Müşfiq Hüseynov Qarabağ 244
6 Nizami Sadıqov Turan 237
7 Səttar Əliyev Qarabağ 230
8 Yaşar Hüseynov Qarabağ 226
9 Ansi Aqolli Qarabağ 223
10 Müşfiq Vəliyev Viləş 221
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki