Azərbaycanda ən uzun uzunömürlülər dağlıq rayonlarda yaşayır – AÇIQLAMAbackend

Azərbaycanda ən uzun uzunömürlülər dağlıq rayonlarda yaşayır – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“90+ yaşlı insanlar dünyanın bütün ölkələrində rast gəlinir, lakin uzunömürlülüyün qrup və ya populyasiya fenomeni yalnız bir neçə ölkədə müşahidə olunur ki, onlardan biri də Azərbaycandır”.

Bunu AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova “Ahıl insanların sağlamlığına multidissiplinar yanaşma” Milli Türk Geriatriya 2021 konqresində çıxışında səslədirib.

“Azərbaycanın uzunömürlülük xəritəsi”ni” nümayiş etdirən professor, Fiziologiya İnstitutu tərəfindən sağlam qocalmanın öyrənilməsi istiqamətində aparılan tədqiqatlar zamanı respublikada ən yüksək uzunömürlülük indeksi ilə fərqlənən regionların dağlıq və dağətəyi ərazilərə təsadüf etdiyini vurğulayıb.

Onun sözlərinə görə, 2016-cı ildə Azərbaycanda əhalinin siyahıya alınmasının nəticələrinə görə vaxtilə Qarabağ zonasında yaşayan, sonra isə köçkün həyatı sürən insanlar arasında uzunömürlük potensialı yüksək olaraq qalıb.

Uzunömürlülüyün irsiyyətlə bağlılığına toxunan alim, sağlam həyat tərzi, təmiz ekoloji mühit, düzgün qidalanma və s. kimi amillərlə yanaşı yaşama müddətinin “kodlaşdırılmasında” genetik faktorun rolunu diqqətə çatdırıb.