Azərbaycanda ən çox hansı növ balıq ovlanır?backend

Azərbaycanda ən çox hansı növ balıq ovlanır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ildə Azərbaycanda ilkin məlumata görə 61 217 ton balıq ovlanıb. Bu, 2019-cu ildəki göstəricidən 3 faiz azdır.

Ovlanan balıqların 2088,5 tonu kvota əsasında tutulub. Kvota əsasında tutulan balığın 1615,7 tonu kilkə, 105,2 tonu kütüm, 81,8 tonu siyənək, 70,7 tonu kefal, 58,3 tonu külmə, 40,8 tonu çapaq, 41,0 tonu çəki, 18,1 tonu dabanbalığı, 10,5 tonu sıf, 8,9 tonu şamayı, 5,1 tonu naxa, 3,5 tonu qarasol, 2,2 tonu xəşəm, 26,7 tonu digər balıq növlərinin payına düşmüşdür.

Xatırladaq ki, balıqçılar tərəfindən 2020-ci ildə 103,7 min manat kvota ödənilib.