Azərbaycanda ən çox bahalaşan məhsulların adları açıqlandıbackend

Azərbaycanda ən çox bahalaşan məhsulların adları açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-iyul aylarında istehlak qiymətləri ötən ilin yanvar-iyul aylarına nisbətən 13% bahalaşıb.

TİA.AZ açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu dövürdə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 18,7%, qeyri-ərzaq məhsulları üzrə 7%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10% bahalanma olub.

Bu ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, mal, qoyun və toyuq ətinin, qatılaşdırılmış şəkərli südün, xamanın, yumurtanın, bitki yağlarının, limonun, pomidorun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, qəhvənin, mineral suların, kola içkisinin, limonadın, pivənin, ucuzlaşma isə əsasən təzə balığın, bananın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, xiyarın, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, çuğundurun, yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.