Azərbaycanda elektron səsvermənin tətbiqi nəzərdə tutulurbackend

Azərbaycanda elektron səsvermənin tətbiqi nəzərdə tutulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gələcəkdə Azərbaycanda elektron səsvermə sisteminin tətbiqi nəzərdə tutulur”.

Bunu “Report”a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Bəxşeyiş Əsgərov deyib.

Onun sözlərinə görə, ölkədə keçirilən seçkilərdə innovativ vasitələrin tətbiqindən heç vaxt çəkinilməyib: “Bu günə qədər seçkilərdə innovativ həllərdən ilk olaraq Azərbaycanda istifadə edilib. Seçki məntəqələrində videokameraların quraşdırılması ilk dəfə Azərbaycanda tətbiq olundu. Daha sonra bu təcrübədən Rusiya və Gürcüstan da yararlandı”.

MSK üzvü qeyd edib ki, hər bir ölkənin öz inkişaf ənənələri var: “Buna müvafiq olaraq, gələcəkdə Azərbaycanda da elektron səsvermənin tətbiqi nəzərdən keçiriləcək”.

Qeyd edək ki, Gürcüstanda bu gün keçirilən yerli seçkilərdə ilk dəfə olaraq elektron səsvermə sistemi Tbilisinin Krtsanisi rayonunda pilot layihə kimi tətbiq edilib