Azərbaycanda dünya çempionatı keçiriləcəkbackend

Azərbaycanda dünya çempionatı keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Paracüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.
TİA.AZ xəbər verir ki, bu haqda Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məluma yayıb. Məlumata görə 07-09 noyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı və Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə Bakı şəhərində cüdo idman növü üzrə dünya çempionatı keçiriləcək.
Dünya çempionatında 40-dan çox ölkənin aparıcı idmançılarının iştirakı gözlənilir və bu yarış Paris-2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün lisezniya xalı qazandıracaq.
Dünya çempionatından öncə beynəlxalq həkimlərin iştirakı ilə idmançılar üçün tibbi təsnifat keçiriləcək.