Azərbaycanda domen adlarının milli inzibatçısı müəyyənləşdirilib – Prezidentdən FƏRMANbackend

Azərbaycanda domen adlarının milli inzibatçısı müəyyənləşdirilib – Prezidentdən FƏRMAN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Telekomnukasiya haqqında” qanuna dəyişiklik təsdiqlənib.
TİA.AZ  xəbər verir ki, bu Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.
Qanuna 2 yeni maddə əlavə olunub.
1.0.20 maddəsinə əsasən, domen adlarının milli inzibatçısı – “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxsdir.
7.10-1 maddəsinə əsasən, “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarını qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırılmaqla, domen adının milli inzibatçısı tərəfindən müəyyən ediləcək.