Azərbaycanda dərs vaxtı şagirdlər bir-birini bıçaqladıbackend

Azərbaycanda dərs vaxtı şagirdlər bir-birini bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

TİA.AZ APA-ya istinadən bildirir ki, hadisə Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə qeydə alınıb.2010-cu il təvəllüdlü Bayramov Orxan Habil oğlu döş qəfəsinin bıçaqlanması xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məktəbli dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

O, məktəbdə 5-ci sinif şagirdi olan Əli adlı şəxs tərəfindən bıçaqlandığını deyib. Məlumata görə, hadisə dərs vaxtı olub.

Faktla bağlı araşdırmalara başlanıb.