Azərbaycanda dəhşətli hadisə: selfi çəkmək istəyən oğlan kanalda boğuldubackend

Azərbaycanda dəhşətli hadisə: selfi çəkmək istəyən oğlan kanalda boğuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Siyəzən rayonunda su kanalında batan yeniyetmə tapılıb.
Bu barədə TİA.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aprelin 20-də Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2007-ci il təvəllüdlü Quliyev Murad Şahin oğlunun axtarışları başa çatıb.
M.Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
“Report”un əldə etdiyi məlumata görə, M.Quliyev digər uşaqlarla birgə su kanalına selfi çəkdirməyə gedibmiş. Həmin vaxt onun ayağı sürüşüb, kanala yıxılaraq batıb.