Azərbaycanda dəhşət: Yeniyetmə qızı zorlayıb, videosunu çəkdilərbackend

Azərbaycanda dəhşət: Yeniyetmə qızı zorlayıb, videosunu çəkdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə rayonunda dörd nəfər yeniyetmə qızı zorlayıb.Oxu.Az-ın məlumatına görə, 14 yaşlı qızla cinsi əlaqədə olan şəxslər hadisənin videosunu çəkərək kənd sakinləri arasında yayıblar.Bununla bağlı qızın valideynləri hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qeyd olunan hadisəni törədərək videoya çəkən dörd nəfər müəyyən edilib:

“Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır”.