Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat etdibackend

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat etdi

“Azərişıq” ASC-nin daha bir əməkdaşı koronavirusdan vəfat edib. 
TİA.AZ Oxu.az-a istinadən xəbər verir ki, “Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin aparıcı mühəndisi Oqtay Musayev ölüb.
Mərhum bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib. Bütün müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.
O.Musayev dünən gecə həyatını itirib.
Qeyd  edək ki, bir neçə gün bundan əvvəl “Azərişıq” ASC-nin daha bir əməkdaşının da koronovirusdan ölməsi barədə məlumat vermişdik.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki