Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat etdi (FOTO)backend

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat etdi (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Laçın Rayon Vergilər Şöbəsinin rəisi Fariz Zeynallı 62 yaşında vəfat edib.
O, bir müddət əvvəl koronavirusa yoluxubmuş.
F.Zeynallı aprelin 13-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Zeynallı Fariz İsa oğlu 1959-cu ilin yanvar 1-də Laçın şəhərində anadan olub. 1976-cı ildə Laçın şəhər 1 N-li orta məktəbi bitirib.
1985-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) Mühasibat uçotu ixtisasını bitirib. 1985-1988-ci illərdə Laçın Rayon Əmanət Bankında müfəttiş, 1988-1990-cı illərdə Laçın Rayon Nəzarət Komitəsi sədrinin müavini, 1991-ci ildən Laçın Rayon Vergi Müfəttişliyində şöbə müdiri vəzifəsində çalışıb.
2006-cı ildən ömrünün sonuna qədər Laçın Rayon Vergilər Şöbəsinin rəisi vəzifəsini tutub.
Azərbaycan Prezidentinin 2009-cu il 11 fevral tarixli, 738 nömrəli sərəncamı ilə F.Zeynallı “Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” yubiley medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!