Azərbaycanda daha bir məşhur həkim koronavirusa yoluxdubackend

Azərbaycanda daha bir məşhur həkim koronavirusa yoluxdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda koronavirusla mübarizə aparan daha bir həkim virusa yoluxub.
Pediatr Xasay Bayramovun da COVİD-19 testi pozitiv çıxıb. Bu barədə onun həmkarları sosial şəbəkədə məlumat veriblər.
“Xasay həkim pandemiyanın ilk günlərindən ön cəbhədə döyüşən doktorlarımızdan biridir. İndi özü də koronavirusa yoluxub. Yeni klinikada müalicə alır. Vəziyyəti ağırdır.  İmkan verməyək bu virus daha bir kolleqamızı alsin bizdən”.
Xatırladaq ki, bir neçə gün öncə Laçın Mərkəzi Rayon Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Orxan Cəbrayıl “Facebook” hesabında Azərbaycanın COVİD-19 virusu ilə mübarizədə 25 həkim itirdiyini bildirmişdi.