Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıbbackend

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb.

TİA.AZ-ın məlumatına görə, Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbdə martın 9-dan dərslərin distant formada keçirilməsi qərara alınıb.

Buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır. Dərslər 14 gün müddətində distant formada davam etdiriləcək.

Əldə edilən məlumata görə, məktəbin direktoru və direktor müavini COVİD-19 virusuna tutulub. Məktəb direktoru hazırda Bakı şəhərindəki xəstəxanalardan birində müalicə alır.

Məktəb direktoru Söhbət Salmanov APA-ya açıqlamasında koronavirusa yoluxduğunu və rəhbəri olduğu təhsil müəssisəsinin 14 günlük bağlandığını təsdiqləyib.