Azərbaycanda daha bir məktəb direktoru bazar açıb – Stol pulu 1-5, sinfi dəyişmək 200 manat…-VİDEObackend

Azərbaycanda daha bir məktəb direktoru bazar açıb – Stol pulu 1-5, sinfi dəyişmək 200 manat…-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha bir məktəbdə direktorun pul yığması ilə bağlı iddialar ortaya çıxıb.

Lent.az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilir ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi 6 saylı məktəbin direktoru İradə Məmmədova valideyn komitəsi vasitəsilə mütəmadi olaraq şagirdlərdən pul yığmaqla məşğuldur.

Şikayətçi valideynin sözlərinə görə, direktor İradə Məmmədova nə vaxt oturacaq sınsa, nə isə əyrilik olsa, onun pulunu valideynlərdən çıxarır.

Sumqayıt şəhər Təhsil Şöbəsindən isə yayılan görüntülərlə bağlı araşdırma aparıldığı qeyd olunub.