Azərbaycanda daha bir həkim koronavirusdan öldü (FOTO)backend

Azərbaycanda daha bir həkim koronavirusdan öldü (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda daha bir həkim COVID-19-dan dünyasını dəyişib.
TİA.AZ-ın  Report-a istinadən məlumatına görə, 1 saylı Kliniki Tibbi Mərkəzin həkim-reanimatoloqu Kərəm Yaqubov koronavirusdan vəfat edib.
K.Yaqubovun tanışlarının sözlərinə görə, koronavirus xəstələrini müalicə edən həkim özü bir neçə gün əvvəl təhlükəli infeksiyaya yoluxub. İyulun 10-da onda COVID-19 əlamətləri aşkarlanıb. K.Yaqubov Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib və süni tənəffüs cihazına qoşulub. Vəziyyəti ağırlaşan həkim bu gün vəfat edib.