Azərbaycanda daha 584 nəfər COVID-19-a yoluxub, 13 nəfər ölübbackend

Azərbaycanda daha 584 nəfər COVID-19-a yoluxub, 13 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 851 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 619 502 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 603 906 nəfər müalicə olunaraq sağalıb, 8 422 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 174 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 044, bu günə qədər isə ümumilikdə 5 911 227 test icra olunub.