Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxdu, 9 nəfər öldübackend

Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxdu, 9 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 523 yeni koronavirus infeksiyasına yoluxma qeydə alınıb, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə TİA.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 20 324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11 742 nəfər müalicə olunaraq sağalıb, 250 nəfər vəfat edib. Hazırda 8 332 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 722, ötən müddət ərzində isə ümumilikdə 516 533 test aparılıb.