Azərbaycanda daha 417 nəfər koronavirusa yoluxdu, 602 nəfər sağaldıbackend

Azərbaycanda daha 417 nəfər koronavirusa yoluxdu, 602 nəfər sağaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 417 yeni yoluxma faktı qeydə alınıb, 602 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 30 050 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 22684 nəfər müalicə olunaraq sağalıb,  417 nəfər vəfat edib, 6 949 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 296 , ötən müddət ərzində isə ümumilikdə 683 548  test aparılıb.