Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxub, 573 nəfər sağalıb, 9 nəfər vəfat edibbackend

Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxub, 573 nəfər sağalıb, 9 nəfər vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 332 yeni yoluxma faktı qeydə alınıb, 573 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

TİA.AZ  xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 29 min 312 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 21 min 547 nəfər müalicə olunaraq sağalıb, 400 nəfər vəfat edib, 7 365 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 037, ötən müddət ərzində isə ümumilikdə 667 min 819 test aparılıb.