Azərbaycanda daha 26 nəfər COVID-19-a yoluxdubackend

Azərbaycanda daha 26 nəfər COVID-19-a yoluxdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, bir nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 792 985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 151 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib. 118 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 189, bu günə qədər isə ümumilikdə 6 936 343 test icra olunub.