Azərbaycanda daha 188 nəfər koronavirusa yoluxub, 115 nəfər sağalıbbackend

Azərbaycanda daha 188 nəfər koronavirusa yoluxub, 115 nəfər sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 188 yeni yoluxma faktı qeydə alınıb, 115 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada koronavirusdan nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 576 nəfər müalicə olunaraq sağalıb, 529 nəfər vəfat edib, 2 069 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 384, bu günə qədər isə ümumilikdə 910 890 test icra olunub.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki