Azərbaycanda daha 162 nəfər COVID-19-a yoluxub, 171 nəfər sağalıbbackend

Azərbaycanda daha 162 nəfər COVID-19-a yoluxub, 171 nəfər sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada koronavirusdan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 921 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 682 nəfər müalicə olunaraq sağalıb, 512 nəfər vəfat edib, 1 727 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 986, bu günə qədər isə ümumilikdə 861 788 test icra olunub.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki