Azərbaycanda daha 152 nəfər COVID-19-a yoluxdu, 111 nəfər sağaldıbackend

Azərbaycanda daha 152 nəfər COVID-19-a yoluxdu, 111 nəfər sağaldı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada koronavirusdan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 426 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 104 nəfər müalicə olunaraq sağalıb, 519 nəfər vəfat edib, 1 803 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 890, bu günə qədər isə ümumilikdə 878 667 test icra olunub.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki