Azərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlanıbbackend

Azərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 105 yeni koronavirusa yoluxma qeydə alınıb, 19 nəfər sağalaraq evə buraxılıb.

TİA.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

İ.Məmmədov deyib ki, Azərbaycanda koronavirusla bağlı pozitiv fikir söyləmək mümkün deyil:

“Ötən həftə ərzində xəstəliyin yoluxma halları davam edib. Bu gün ölkədə 105 nəfərin koronavirusa yoluxma faktı halı qeydə alınıb. Bu rəqəm onu göstərir ki, yoluxma halları artan xətt üzrə gedir”.

Mətbuat katibi qeyd edib ki, bu gün ölkədə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb. Gün ərzində apteklərə 450 minə yaxın tibbi maska verilir, 100 mindən artıq tibbi maska satılır.