Azərbaycanda daha 1 200 nəfər koronavirusa yoluxub, 27 nəfər ölübbackend

Azərbaycanda daha 1 200 nəfər koronavirusa yoluxub, 27 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1200 yeni yoluxma faktı qeydə alınıb, 1 174 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  TİA.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 263 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 202 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 61 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 661 131, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 258 620, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 402 511 təşkil edir.