“Azərbaycanda COVID pasportu ləğv oluna bilər” – Deputatbackend

“Azərbaycanda COVID pasportu ləğv oluna bilər” – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xarici ölkələrdə artıq COVID-19 pasportu ilə bağlı qadağalar aradan qaldırılıb. Ölkəmizdə də COVID-19 pasportunun ləğv olunması gözlənilir”.

Bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Deputat bunu yoluxma sayının aşağı düşməsilə əlaqələndirib:

“Artıq yoluxma sayı 100-dən aşağı düşüb və ölkənin 90%-i vaksin olunub”.

Komitə sədrinin sözlərinə görə, təxminən 10-15 gün sonra Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yeni bir qərar veriləcək: “Bizə qarşıdakı günlərdə yoluxma sayını gözləmək qalır”.

Qeyd edək ki, son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.