Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıbbackend

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 322 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 247, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 75 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2775641, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1811104, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 964537 təşkil edir.