Azərbaycanda COVID-19-a yoluxanların sayı 7 mini ötdübackend

Azərbaycanda COVID-19-a yoluxanların sayı 7 mini ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların və infeksiyadan sağalanların sayı açıqlanıb.

TİA.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkədə 7 239 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 024 nəfər müalicə olunaraq sağalıb, 84 nəfər vəfat edib, 3 131 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 72 nəfərin vəziyyəti ağır, 86 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.