Azərbaycanda COVID-19-a yeni 155 yoluxma faktı qeydə alınıbbackend

Azərbaycanda COVID-19-a yeni 155 yoluxma faktı qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 155 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 38 327 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 756 nəfər müalicə olunaraq sağalıb, 562 nəfər vəfat edib, aktiv xəstə sayı 2 009 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 751, bu günə qədər isə ümumilikdə 1 009 478 test icra olunub.