Azərbaycanda COVID-19-a ən çox yoluxma bu bölgədədir – STATİSTİKAbackend

Azərbaycanda COVID-19-a ən çox yoluxma bu bölgədədir – STATİSTİKA

Azərbaycanda koronavirusa yoluxma sayının bölgələr üzrə statistikası açıqlanıb.

TİA.AZ-ın verdiyi xəbərə görə, hələ də liderlik Bakıdadır.

Lakin son günlər paytaxta düşən pay artaraq 56,3 faiz olub.

Ötən aylarda bu rəqəm 49-51 faiz arası dəyişirdi.

İkinci ən çox yoluxma 16 faizlə Abşeron bölgəsindədir. Daha sonra Aran 9.4, Gəncə-Qazax 6.7, ölkə xaricindən gələnlərdə virusa yoluxma 0,8 faizdir. Ölkənin Naxçıvan Muxtar Respublikasında isə aktiv koronavirus xəstəsi yoxdur. Burda göstərici 0 faizdir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki