Tribuna İnformasiya Agentliyi

Azərbaycanda cinayət törədən qadınlar – Bir ildə 1036 nəfər

11 Aprel

2016-ci ildə 16676 nəfər cinayət törədib ki, bunun da 15640 nəfəri kişi, 1036 nəfəri isə qadındır. 

2016-ci ildə 16676 nəfər cinayət törədib ki, bunun da 15640 nəfəri kişi, 1036 nəfəri isə qadındır.


TIA.AZ Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, ötən il 14-17 yaş araşası 442 yeniyetmə, 18-29 yaş arası 6002 gənc cinayət törədib. Cinayət törətmiş şəxslərdən 1838 nəfəri ali və orta ixtisas təhsilli, 17838 nəfəri isə ümumi orta və tam orta təhsillidir.

2016-ci il məişət zorakılığı zəminində 897 cinayət baş verib ki, bundan zərərçəkənlərins ayı 1031, ölənlərin sayı isə 51 olub. nəfər olub. Ötən il məişət zorakılığı zəminində ölənlərdən 29-u qadınlardır.

Ötən il müfəttişliklərdə qeydiyyatda olan uşaqların sayı 3000 nəfərdir. Onlardan 620 nəfəri qızlar, 2380 nəfəri oğlanlardır. Həmçinin, 980 nəfəri 14 yaşadək olanlar, 2020 nəfəri 14-17 yaşda olanlardır. Qeydiyyatda olanların ümumi sayından 1200 nəfəri məşğulluğu olmayanlar, 930 nəfəri təhsil alanlardır.

Müfəttişlik qeydiyyatında olan uşaqlardan 48 nəfəri spirtli içki, 2 nəfəri narkotik vasitələr və psixotrop maddələr qəbul edir. Uşaqlardan 59 nəfəri valideyn himayəsindən məhrumdur, 31 nəfəri atılmışlar, 512 nəfəri dilənçilik edənlər, 26 nəfəri küçələrdə işləyənlərdir. Rəsmi məlumata görə, İnzibati Xətalar Məcəlləsilə məsuliyyətə cəlb olunan uşaqların sayı 316 nəfərdir.