Azərbaycanda bu şəxslərin maaşı artacaq – RƏSMİbackend

Azərbaycanda bu şəxslərin maaşı artacaq – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qaydalara görə, beş ili tamam olmayan, müsabiqə ilə ilk dəfə işə qəbul edilən müəllimlər beş il müddətinə sertifikasiyadan azaddırlar. Lakin onların da əməyinin stimullaşdırılması bizim üçün çox vacibdir, marağımızdadır”.

“Sertifikasiyanın müsahibə mərhələsində maksimum balın yarısını yığanların maaşı artacaq”.

TİA.AZ xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov APA-ya müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

– 51 bal toplayaraq sertifikasiyanın birinci mərhələsindən keçən müəllimlər üçün müsahibə mərhələsində hər hansı bir bal tələbi var?

– Qaydalarda müsahibə mərhələsinin qiymətləndirilməsi meyarları qeyd olunub. Burada hər meyar üzrə əmsal nəzərdə tutulur. Maksimum bal 40-dır. Bu balın 50%-ni yığan namizədlər artıq keçmiş hesab olunurlar. Yəni onlar artıq 50%-dən yuxarı balı toplayıblarsa, onlara artımlar şamil edilir.

– Müsahibə mərhələsindən kəsilənlər növbəti ildə həm test, həm də müsahibə mərhələsində yenidən iştirak etməlidirlər?

– Xeyr, onların yalnız müsahibə mərhələsində iştirak etmələri kifayət edəcək.

– Beş ilə qədər iş təcrübəsi olan müəllimlər sertifikasiyaya cəlb olunmurlar. Bəs onlardan könüllü olaraq müraciət edib sertifikasiyada iştirak etmək istəyənlər olubmu ki, artım ala bilsinlər?

– Builki sertifikatlaşma prosesi tamamlanıb. Qaydalara görə, beş ili tamam olmayan, müsabiqə ilə ilk dəfə işə qəbul edilən müəllimlər beş il müddətinə sertifikasiyadan azaddırlar. Lakin onların da əməyinin stimullaşdırılması bizim üçün çox vacibdir, marağımızdadır. Biz bu məsələlərə yalnız mövcud qaydalar çərçivəsində baxacağıq.

– Bəzi məktəblərdə uzun illər təcrübəsi olan müəllimlərin dərs saatları alınaraq MİQ ilə qəbul olunan müəllimlərə verilir. Səbəb isə gənc müəllimin MİQ balının digər müəllimin diaqnostika balından yüksək olması göstərilir…

– Burada fərdi araşdırma tələb olunur. Konkret olaraq məktəb və müəllim təqdim edilməlidir ki, biz bu məsələni araşdıraq. Ümumilikdə isə dərs bölgüsünün aparılması üçün qaydalar var və burada ballar nəzərə alınmalıdır. Burada müəllimin attestasiya üsulunun fərqi yoxdur. Həm MİQ, həm də diaqnostik balı 60 olaraq qiymətləndirildiyi üçün onların müqayisəsini apararaq bölgü etmək olar. Yaxud 100 ballıq olsa belə, faiz nisbəti ilə baxıla bilər.