Azərbaycanda bu qadağalar ləğv olundu (SİYAHI)backend

Azərbaycanda bu qadağalar ləğv olundu (SİYAHI)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilib.
TİA.AZ xəbər verir ki, brifinqdə karantinlə bağlı qəbul olunan yeni qararlar elan edilib.
Həmin siyahını təqdim edirik:
– Mayın 31-dən açıq havada tibbi maskadan istifadə ləğv olunur
– Mayın 31-dən “Bakı Metropoliteni” QSC-nin fəaliyyəti bərpa olunur
– Mayın 31-dən şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa olunur
– İyunun 10-dan məscidlər açılır
– İyunun 10-dan “Mall”ar və iri ticarət mərkəzləri açılır
– İyunun 10-dan çimərliklərin fəaliyyəti bərpa edilir
– İyunun 10-dan İdman və sağlamlıq bərpa müəssisələrinin fəaliyyətinə icazə verilir.