Azərbaycanda bu dərman 5 min manata satılırbackend

Azərbaycanda bu dərman 5 min manata satılır

“Koronavirus hər yerdə olduğu kimi Azərbaycanda da işbazların işinə yarıyır. Ölüdən də, diridən də pul qazananlar indi də virusdan istifadə edib, dərmanların qara bazar biznesindən faydalanırlar. Həkimlər yazır ki, hazırda Azərbaycanda koronavirusun müalicəsi adı ilə istifadə edilən antiviral dərmanlar (“Arbidol”, “Kalitra”, “Erqferon” və “Tamiflu” ) bu xəstəliyin və virusun spesifik müalicəsi üçün nəzərdə tutulmayıb. “Parasetamol”, vitamin, steroid və digər dərmanların olmaması isə gülüncdür. Əslində müalicə üçün üçün Qida və Dərman administrasiyasının (FDA) rəy verdiyi dərmanlar “remdesvir” və “favipravirdir”.

“Remdesvir”in dünyadakı 3 aylıq anbarını ABŞ alıb, “favipravir” isə ölkəmizdə olduqca azdır. 30 tabletkalı bir qutunun qiyməti 50 manat olan bu dərman qara bazarda 5000 manata satılır”.

Bu barədə iqtisadçı Qubad İbadoğlu məlumat verib.

“Həkimlərdən aldığım məlumata görə, hazırda müalicənin effekti insanların immunitetləri ilə həkimlərin ağırlaşmaları önləməsindən asılıdır. Süni tənəffüs aparatına qoşulanlar arasında ölüm halları 90 faizdən yüksəkdir. Verilən informasiyaya görə, dövlətin sifariş etdiyi tibbi ləvazimat və aparatların çoxu ölkəyə gətirilməyib və bundan sonra gəlməsi də imkansızdır. Həkimlər təklif edirlər ki, artıq Tütkiyədə də istehsalı başlanan “Favipravir” alınıb ölkəyə gətirilsəydi, ölüm dəfələrlə az olardı.

Ön cəhbədə gözəgörünməz virusla “vuruşan” digər həkimin məlumatına görə, koronavirusla döyüşən tibb personalına 5 qat maaş məsələsi illuziyadır. Belə ki, səhiyyə işçiləri 14 gün çalışıb, ailə üzvlərini yoluxdurmamaq üçün sonrakı 14 gün də (bu müddəti 7 günə endiriblər) oteldə karantində qalır. Bütün bu problemlərin müqabilində otel karantinindəki yemək keyfiyyətindən danışmağı isə yersiz sayan həkim bildirir ki, dövlət müddətli əlavəni həkimlərə işlədiyi 14 günə görə verir, yəni onlara maaşlarının 5 deyil, 2,5 qatı ödənilir.

Çox təzadlıdır, nədən Ümümdünya Səhiyyə Təşkilatına (ÜST) üst-üstə 10 milyon dollar ianə verən Azərbaycan hakimiyyəti öz həkimlərinə münasibətdə xəsislik edir?

Yeri gəlmişkən, maliyyə imkanları bizdən dəfələrlə yüksək olan Rusiya ÜST-ə cəmisi 1 milyon dollar yardım edib.

Nəysə, yenə diqqət edin, görün həkimlər nə deyir.

Gerçəkdən ilkin mərhələdə tibb personalı borcunu ləyaqətlə yerinə yetirmək üçün əzmlə işləsələr də, bundan sonra səhiyyə işçilərini təkrar çalışdırmaq mümkün olmayacaq. Artıq onların çoxu ərizə yazıb işdən ayrılırlar. Çünki, indiyədək 10-dan çoxu vəfat edib, 1500-ə qədər səhiyyə işçisi virusa yoluxub, ən pisi odur ki, onlar bu xəstəliyi virus yükü çoxluğuna görə başqalarından ağır keçirirlər” – Q.İbadoğlu qeyd edib.

 

 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki