Azərbaycanda boğazına ip keçirilərək tövlədə saxlanılan qadın nəzarətə götürüldübackend

Azərbaycanda boğazına ip keçirilərək tövlədə saxlanılan qadın nəzarətə götürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gədəbəy rayonunun Nova İvanovka kəndində ahıl qadının şiddət görməsi ilə bağlı Kəmalə Ağazadə tərəfindən paylaşılan görüntülər dərhal Sosial Xidmətlər Agentliyi tərəfindən nəzarətə götürülüb və araşdırılıb.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

“Məlum olub ki, yayılan görüntülərdə haqqında bəhs edilən qadın 6 noyabr 1934-cü il təvəllüdlü Daşkəsən rayonunun Kəmərqaya kəndində qeydiyyatda olan Səkinə Bayram qızı Həsənovadır.

Agentliyin 26 saylı filialının əməkdaşları Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə dərhal həmin ünvanda vəziyyətlə yerindəcə tanış olublar.

Qohumu Qəzənfər adlı şəxsin yanında qaldığı bildirilən və kobud rəftara məruz qalan vətəndaş Səkinə Həsənova hüquq mühafizə orqanı əməkdaşlarının iştirakı ilə saxlanıldığı yerdən götürülüb.

O, Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib. Burada onun psixoloji vəziyyətinin qiymətləndirilməsi, sağlamlığına nəzarət və digər zəruri ehtiyaclarının qarşılanması üçün lazımi tədbirlər davamlı olaraq həyata keçiriləcək.

Səkinə Həsənovanın zorakılığa məruz qalması ilə bağlı görüntülər isə hüquq mühafizə orqanları tərəfindən araşdırılır və bu barədə məlumat veriləcək”, – məlumatda bildirilib.