Azərbaycanda bir çempionat ləğv olundubackend

Azərbaycanda bir çempionat ləğv olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
AFFA-da bu gün 2018/2019 mövsümü ilə bağlı iclas keçirilib.
Növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq səkkiz klubun əvəzedici komandalarının çempionatı keçirilməyəcək.
Həmin əvəzedici komandalar I divizionda mübarizə aparacaq. Lakin bu komandalar çempion olarsa, onların çempionluğu əhəmiyyət kəsb etməyəcək və Premyer Liqaya yüksələ bilməyəcəklər.
I divizionda əsas heyətdə futbolçuların yaş limiti 4+6+1 kimi olacaq. Yəni, dörd nəfər 1998-ci ilə qədər doğulan, altı nəfər 1998, 1999, 2000-ci il təvəllüdlü olan və bir nəfər isə 2001-ci il təvəllüdlü olacaq.
Premyer Liqanın əsas komandasından əvəzedici heyətə göndərilən futbolçular I divizionda oynaya biləcək. I divizionda 12-14 komandanın mübarizə aparması nəzərdə tutulub. Komanda sayı yaxın günlərdə bəlli olacaq.
Qeyd edək ki, “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Sumqayıt”, “Zirə”, “Keşlə”, “Səbail” və “Sabah”ın əvəzedici komandalarından başqa, I divizionda iştirakı dəqiqləşənlər MOİK və “Şüvəlan” klublarıdır. Ötən mövsüm I divizionda çıxış etmiş “Binə” və “Xəzər” klubları isə dağılıb.(Oxu.Az)