Azərbaycanda benzinin qiyməti bu qədər artacaq – VİDEObackend

Azərbaycanda benzinin qiyməti bu qədər artacaq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Digər ölkələrdə olduğu kimi Azərbaycanda da “Aİ-95” markalı benzinin qiymətində artım gözlənilir.
TİA.AZ Xəzər xəbər-ə istinadən xəbər verir ki, millət vəkili Vüqar Bayramov deyib ki, son dövrlər dünya bazarında neftin qiymətinin artması idxal inflyasiyasını gücləndirib.
Onun sözlərinə görə, “Aİ-95” markalı benzin ölkəmizə idxal olunduğu üçün onun qiyməti dünya bazarında baş verən proseslərə əsasən tənzimlənir.
Azərbaycanda “Aİ-95” markalı benzinin 1 litri 1 manat 60 qəpiyə satıldığı halda dünya bazarında təxminən 2 manat 50 qəpiyə təklif olunur. Gürcüstanda “Aİ-95” markalı benzinin qiyməti təxminən 2 manat 29 qəpik, Ermənistanda 2 manat 16 qəpik,  Türkiyədə 2 manat 56 qəpik Rusiyada isə 1 manat 63 qəpik civarında təşkil edir. 2021-ci ilin sentyabr ayından etibarən dünya bazarında neftin qiyməti təqribən 65% artsa da, Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti stabil olaraq qalıb. 2022-ci ilin mart ayından etibarən Rusiyada “Aİ-95” markalı benzinin qiyməti 77,8%, Gürcüstanda 34,8%,  Qazaxıstanda 10%, Türkiyədə isə 51,7% artıb.
Millət vəkili qeyd edib ki, “Aİ-95” markalı benzin ölkədə istehsal olunmadığına görə Tarif Şurası qiymətlərə müdaxilə edə bilmir.
Qeyd edək ki, hazırda ölkədə 91 faiz “Aİ- 92”, 8.8 faiz “Aİ-95”, 0.2 faiz “Aİ-98” markalı benzin istehlak olunur.
Ekspertlərin fikrincə, benzinin qiyməti 1 manat 80 qəpiyə qalxa bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: