Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullarbackend

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox düyü, un, manna və qarabaşaq yarması, makaron məmulatları, peçenye, vafli, toyuq əti, təzə və dondurulmuş balıq, süd, yoğurt, xama, kəsmik, pendir, kərə və bitki yağları, limon, portağal, naringi, kivi, banan, alma, armud, heyva, nar, qoz, fındıq, kələm, pomidor, yerkökü, çuğundur, balqabaq, kartof, soğan, şəkər və şəkər tozu, konfetlər, çay, mineral sular, limonad, araq, tütün məmulatları bahalaşıb, yumurta və xiyar isə ucuzlaşıb.
Mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından parçalar, kəsilmiş taxtalar, sement, kərpic, paltaryuyan maşınlar, kondisionerlər, saç üçün şampunlar bahalaşıb.