Azərbaycanda avtomobillərin qiyməti bahalaşacaq – Ekspert tarix açıqladıbackend

Azərbaycanda avtomobillərin qiyməti bahalaşacaq – Ekspert tarix açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Yay mövsümündə avtomobillərin qiymətində artım olmayacaq, amma payız aylarında ola bilər ki, qiymət artımları olsun”.
Bu sözləri  açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.
O, bu ilin birinci rübündə qiymət artımlarının müşahidə olunduğunu vurğulayıb. “Azərbaycanda bu ilin yanvar ayının 1-dən mart ayının 31-dək birinci kvartal ərzində biz ölkəyə idxal olunan avtomobillərin 2%, 5% civarında yüksəlməsini qeyd etmişik. Hələ ki, ikinci kvartalda qiymət yüksəlməsi nəzərə çarpmayıb. Qiymət yüksəlməsi ola bilər, olsun, ola bilər də olmasın. Amma faktiki olaraq qiymət yüksəlməsi bu ilin birinci rübündə baş verib.
İkinci rübdə qiymət artımının olub-olmayacağını hələ ki, deyə bilmərik. Yay mövsümü boyunca qiymət artımı olmayacaq, kəskin artım gözlənilmir. Amma ola bilər ki, payız aylarında qiymət artımı olsun. Bu da dünyada daşınma xidmətlərinin qiymətinin yüksəlməsi ilə əlaqədardır. Avtomobil istehsalçıları hazırda ehtiyat hissələrinin riskini yaşayırlar. Buna görə də, dünyada avtomobillərin qiymətinin təxminən 2-5 faiz civarında yüksəlməsi proqnozlaşdırılır”.
Ekspertin sözlərinə görə, dünyada daşınma xidmətlərinin qiymətinin yüksəldikcə avtomobillərin qiymətinə də təsir edir: “Pandemiya dövrü başlayanda bu günədək xroniki hal alıb. Mütəmadi olaraq daşınma xidmətlərinin qiyməti yüksəldikcə, təbii ki, avtomobillərin qiymətinə də təsir edir. Bu dünyada qlobal avtomobil istehsalçılarının qiymətin yüksəltməsi səbəbilə olan bir prosesdir. Amma payıza qədər qiymətlərin kəskin yüksəlməsi və ya enməsini biz gözləmirik. Bu, ölkəmizə idxal olunan bütün avtomobillərə şamil edilir. Qeyd etdiyim kimi, daşınma xidmətlərinin qiymətlərinin artmasına görə, ölkəyə idxal olunan bütün avtomobillər hansındasa 2, hansındasa 5 faiz civarında ilin birinci kvartalında yüksəlmələr olub”.