Azərbaycanda anomal istilər gözlənilir – baş hidroloqbackend

Azərbaycanda anomal istilər gözlənilir – baş hidroloq

Azərbaycanda builki yay dövründə ayrı-ayrı günlərdə anomal isti günlərin olacağı istisna edilmir.

TİA.AZ xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, adətən, yay dövründə anomal istilər iyul-avqust aylarının ayrı-ayrı günlərində müşahidə edilir:

“Statistik məlumatlar da onu göstərir ki, əvvəllər davamlı anomal isti günlər 1-2 gün davam edirdisə, artıq son illərdə belə günlər davamlı olaraq, 1 həftəyədək müşahidə edilir. Bu da o deməkdir ki, ilbəil istiləşmə olur”.

A.Verdiyev əlavə edib ki, Bakı və Abşeron yarımadasında 35 dərəcədən yüksək temperaturun qeydə alındığı günlərin sayı artıb.

Mütəxəssis bunun iqlim dəyişikliyi ilə əlaqədar olduğunu söyləyib:

“Son məlumatlar onu göstərir ki, iyul-avqust ayları Azərbaycanda yayın ən isti aylarıdır. Yay aylarında Bakıda ən yüksək temperatur 2015-ci il 4 avqustda 41,2 dərəcə, 2017-ci il 9 avqustda 42,6 dərəcə, 2018-ci il 1 iyulda 42,7 dərəcə isti olmaqla qeydə alınıb”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki