Azərbaycanda alim koronavirusdan vəfat etdi: Ailəsi də yoluxub – FOTObackend

Azərbaycanda alim koronavirusdan vəfat etdi: Ailəsi də yoluxub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda alim 70 yaşında koronavirusdan vəfat edib.
AMEA Neft-Kimya Prosesləri İnstitutunun “Səthi-aktiv reagentlər və preparatlar” laboratoriyasının müdiri, kimya elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Ziyafəddin Əsədov bu gün ölüb.
Onun həyat yoldaşı və kürəkəni də koronavirusa yoluxublar.
Qeyd edək ki, dünən alimin koronavirusa yoluxması və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirilməsi barədə məlumat yayılmışdı.
Kimyaçı alim 475 elmi əsərin, o cümlədən, 10 monoqrafiya və dərs vəsaiti (kitablardan dördü ingilis dilindədir), 10 ixtira, 150-dən artıq xaricdə dərc olunmuş məqalənin müəllifi idi. Onun elmi rəhbərliyi ilə altı elmlər doktoru və dörd fəlsəfə doktoru dissertasiyaları müdafiə olunub.
///Oxu.Az-