Azərbaycanda AI-95 və AI-98 markalı benzin bahalaşdı – RƏSMİbackend

Azərbaycanda AI-95 və AI-98 markalı benzin bahalaşdı – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda AI-95 (“Premium”) və AI-98 (“Super”) benzinlərinin qiyməti 1,45 və 1,6 manatdan müvafiq olaraq 1,6 və 1,9 manata qalxıb.

Bunu SOCAR PETROLEUM mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli deyib.

“Azərbaycanda “A-98 SUPER” və “A-95 PREMİUM” yanacaq növlərinin bahalaşması mənbə ölkədə qiymət artımı ilə əlaqədardır”, – o deyib.

Qeyd edək ki, Aİ-92 markalı benzinin pərakəndə satış qiyməti hər litrə müvafiq olaraq 1 manat, dizelin qiyməti isə 0,80 manat olaraq qalır.