Azərbaycanda 84 yaşlı məktəb direktoru koronavirusdan öldü – FOTObackend

Azərbaycanda 84 yaşlı məktəb direktoru koronavirusdan öldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qax rayonunda məktəb direktoru koronavirusdan dünyasını dəyişib.
Bu barədə Qax Rayon Təhsil Şöbəsindən məlumat verilib.
Bildirilib ki, Qax şəhər 2 saylı məktəb-liseyin direktoru, 1937-ci il təvəllüdlü Şəkər Abdullayeva vəfat edib.
Qeyd edək ki, 84 yaşlı məktəb direktoru bir müddət əvvəl koronavirusa yoluxub. O, Bakıdakı xəstəxanalardan birində müalicə olunurdu.
Ş.Abdullayeva 1959-cu ildən pedaqoji fəaliyyətinə başlayıb, işlədiyi müddət ərzində 69-a qədər diplom və fəxri fərmanlarla təltif olunub.
O, 1979-cu ildən ömrünün sonuna qədər rayonun ən böyük məktəbinə rəhbərlik edib. Ş.Abdullayeva 2005-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.