Azərbaycanda 822 nəfər koronavirusa yoluxub, 63-ü sağalıbbackend

Azərbaycanda 822 nəfər koronavirusa yoluxub, 63-ü sağalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bu günə qədər koronavirus infeksiyasına yoluxanların sayı açıqlanıb.

Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, koronavirus infeksiyasına yoluxan daha 19 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu günədək ölkəmizdə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib.

Hazırda 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.