Azərbaycanda 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edildibackend

Azərbaycanda 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabahdan 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan ediləcək.

TİA.AZ xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərarında bildirilib.

Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsinin təmin edilməsi tapşırılıb.