Azərbaycanda 62 yaşlı kişi yeniyetmə qızı zorlayıb, 7 aylıq hamilədir-VİDEObackend

Azərbaycanda 62 yaşlı kişi yeniyetmə qızı zorlayıb, 7 aylıq hamilədir-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində zorlanaraq hamilə qalan sağlamlıq imkanları məhdud qız övladının dünyaya gəlməsini istəmir. 

Bu barədə Oxu.Az-a zərərçəkmiş 17 yaşlı R.A. (red-ad şərtidir) bildirib.

Onun sözlərinə görə, ötən il avqustun əvvəlində anası bacısını göz həkiminə aparıb:

“Mən də evdə tək idim. Küçəyə su almağa çıxmışdım. Qayıdanda qonşu, 62 yaşlı Rəşidin məni izlədiyini hiss etdim. Evə çatanda o, arxamca girdi, qolumdan tutub, döydü və zorladı”.

Qız deyir ki, o, hamilə olduğunu aylar sonra bilib:

“Həkim mənə və anama öd kisəmdə problem olduğunu dedi. Yanvar ayında hamilə olduğumu bildik və polisə məlumat verdik. Gəncədəki ekspertizadan sonra yeni rəyin alınması üçün Bakıdakı həkimlərə müraciət olundu. Amma ekspertizanın rəyi hələ də, gəlməyib. Artıq yeddi aylıq hamiləyəm və uşağı istəmirəm. Hamiləliyin sonlandırılması üçün həkimlərə verəcək pulumuz yoxdur”.

Qeyd edək ki, ailə acınacaqlı vəziyyətdə yaşamasını əks etdirən görüntüləri də təqdim edib.