backend

Azərbaycanda 57 üçəm doğulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda əhalinin sayı açıqlanıb. 

Azərbaycanda əhalinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən TİA.AZ-a verilən məlumata görə, 2016-cı ilin yanvar-oktyabr aylarında əhalinin sayı 88 200 nəfər və ya 0,9% artıb. Noyabr ayının 1-i vəziyyətinə əhalinin sayı 9 milyon 793 min 800 nəfər olub.

Ümumi əhalinin 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinləri, 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardır. Hər 1000 kişiyə hazırda 1007 nəfər qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-oktyabr aylarında ölkə üzrə 133,3 min, yaxud hər gün orta hesabla 437 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 16,5 təşkil edib. Doğulan körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarından ibarətdir. Körpələrin 2306-sı əkiz, 57-si isə üçəm doğulanlardır.