Azərbaycanda 4 bank ilin I yarısını zərərlə başa vurub – SİYAHIbackend

Azərbaycanda 4 bank ilin I yarısını zərərlə başa vurub – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-ü bu ilin I yarısını zərərlə başa vurub.

TİA.AZ renkinq.az-a istinadən xəbər verir ki, bunlar “Bank Avrasiya” ASC, “Access Bank” və “Yapı Kredi Bank Azərbaycan” QSC-lər, Pakistan Milli Bankının Bakı filialıdır.

Qalan 24 bank isə müxtəlif məbləğlərdə (xalis) mənfəət əldə edib. Onlardan 4-də sözügedən göstərici 10 milyon manatdan çoxdur. Həmin banklar “Azərbaycan Beynəlxalq Bankı” (148,15 milyon manat), “Kapital Bank” (99,772 milyon manat), “PAŞA Bank” (50,64 milyon manat) və “Yelo Bank” (10,043 milyon manat) ASC-lərdir.

Qalan 18 bankdan 11-də (xalis) mənfəət 1-10 milyon manat arasında, 7 bankda isə 1 milyon manatdan azdır.